Обложка аудиокниги «Xosrov və Şirin»

Прослушать фрагмент

Бесплатный отрывок аудиокниги

Время прослушивания

Для вашего расписания

10 ч. 33 мин.
Низами Гянджеви

Xosrov və Şirin

Читает
Əhliman Ərşadlı
Издательство
AudioKitab
0+
Возраст
Без возрастных ограничений
ISBN
978-5-04-891128-0

""Xosrov və Şirin"" (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan ikinci poemadır. Əsər 1180-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Əsərdə Cahan Pəhləvandan başqa, Toğrul ibn-Arslan Səlcuqi (1178-1194) və Qızıl Arslanın (1186-1191) da adları çəkilir. Əsərin süjetinin əsasında Sasani şahnı II Xosrov Pərviz (590-628) və onun həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış «„Xosrov və Şirin“» əfsanəsi durur. Hələ Nizamidən çox qabaq “Xosrov və Şirin” dastanını ilk dəfə Firdovsi (X əsr) “Şahnamə”nin tərkibində nəzmə çəkmişdir. Lakin Firdovsi əsərinin içində epizodik bir səhnə yaratmaqla “Xosrov və Şirin” dastanına yüngülcə toxunmuşdur. Bu mövzunu geniş planda işləməyi Nizami Gəncəvi öz öhdəsinə götürmüş və ilk dəfə “Xosrov və Şirin” mövzusunda məsnəvi yazmışdır. Bəzi tədqiqatçıların fikrincə isə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır. Qısa müddət ərzində məşhurlaşmış əsərin müxtəlif dövrlərə aid onlarla əlyazmaları dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılmaqdadır. «„Xosrov və Şirin“» poeması Nizamidən sonra yetişən şair nəslinin formalaşmasına ciddi təsir göstərmiş, müxtəlif şərq ölkələrindən olan onlarla şair bu əsərə nəzirələr yazmışlar.

433.20 ₽ MP3, M4B
Купить и скачать на ЛитРес
  • Лицензионно
  • Безопасная оплата
  • Мгновенный доступ

При покупке вы будете перенаправлены на сайт партнера ЛитРес. Все транзакции защищены и безопасны.

У этой аудиокниги есть текстовая версия

Xosrov və Şirin

Xosrov və Şirin

Издательство: Hədəf nəşrləri Форматы: FB2.ZIP,FB3,EPUB,IOS.EPUB,TXT.ZIP,RTF.ZIP,A4.PDF,A6.PDF,MOBI.PRC,TXT

Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Xosrov və Şirin” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Qədim Şərqdə çox yayılmış əfsanələrdən biri olan “Xosrov və Şirin” Nizaminin qələmində ölməz əsərə çevrilib. Sən bu kitabı oxumaqla həm böyük şairin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, dürüst insanların əhatəsində olmaq, insanpərvərlik və xeyirxahlıq kimi keyfiyyətləri mənimsəyəcəksən.

Другие книги этого автора

Посмотрите все аудиокниги автора Низами Гянджеви

Перейти к каталогу автора — Низами Гянджеви