Прослушать фрагмент
Бесплатный отрывок аудиокниги
Время прослушивания
Для вашего расписания
Satiralar
- Читает
- Ruhiyyə Mahmudqızı
- Издательство
- AudioKitab
- Возраст
- Без возрастных ограничений
- ISBN
- 978-5-04-891581-3
""Molla Nəsrəddin"" ədəbi məktəbinin görkəmli nümayəndəsi Əliqulu Qəmküsar (1880-1919) XX əsr Azərbaycan ictimai-bədii fikir və mədəniyyət tarixinə istedadlı satirik şair, jurnalist və aktyor kimi daxil olan məşhur şəxsiyyətlərdən biridir. Əliqulu Qəmküsar Azərbaycan mollanəsrəddinçi satirik ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun yaradıcılığı Mirzə Ələkbər Sabirin satirik şeir məktəbi istiqamətində yaranan ədəbiyyatda xüsusi yer tutur. O, XX əsrin əvvəlləri Azərbaycan realist-satirik şeirinin və publisistikasının böyük vətəndaşlıq cəsarətinə malik olan mübariz təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim təbəqələrin təzyiqlərindən heç vaxt çəkinməmiş, ciddi satirik ədəbi sözü şax deməyi bacarmışdır. Pristavın simasında hakim təbəqələrin, ictimai quruluşun, müstəmləkəçilik siyasətinin tənqidinə həsr edilmiş satirası ədəbiyyatda sənətkarın vətəndaşlıq cəsarətinə nümunə sayıla bilər: Satirik şairin yaradıcılığında adlı-ünvanlı satirik şeirlərin çox olması onun böyük vətəndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədəbiyyatşünaslıq elmində müşahidə olunduğu kimi, “onun şeirləri çox zaman adi, gündəlik həyati hadisə və vaqiələrin təsvirindən ibarət olmuşdur”. Məsələnin bu cəhəti Əliqulu Qəmküsarı müasirlərindən fərqləndirir. O, satirik şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyzadəyə, “şipyon axundlara”, “müxəmməsçilərə”… kimi ünvanlı şeirlərində müraciət olunan hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə ifadə olunur. Əliqulu Qəmküsar bu satiralarında cəmiyyət həyatının ən müxtəlif dairələrinə nüfuz edib, gerilik və fanatizmi şiddətlə tənqid atəşinə tutmuşdur.
При покупке вы будете перенаправлены на сайт партнера ЛитРес. Все транзакции защищены и безопасны.
Другие книги этого автора
Посмотрите все аудиокниги автора Əliqulu Qəmküsar
Перейти к каталогу автора — Əliqulu Qəmküsar
Настройка времени
Для расчета прослушивания
От 5 до 600 минут