Время прослушивания
Для вашего расписания
Bu әsәrdә Gerasim adlı Rus kәndlinin taleyindәn söz açılır. Gerasim lal vә kar olsada Çox güclü adam olur. Rusiyanın kәndindә yaşayır. Bir gün kәndә Bir imkanlı qadın gәlir. Qadın kәnddәn gedәndә Mindiyi arabanın tәkәri Palçığa batır. Qadın kömәk istәyir ancaq heçkim kömәk edә bilmir. Bu zaman Gerasimi Kömәyә çağırırlar Gerasim gәlib Arabanı palçıqdan çıxardır. Qadın Gerasimi çağırır yanına ancaq Gerasim eşitmir. Sonra Gerasimә deyirlәr qadın sәni çağırır Gerasim gәlir qadının yanına Qadın Gerasimә Tәşәkkür edib Pul verir. Sonra Gerasimi özü ilә aparır Moskvaya. Moskvada Gerasim Süpürgәçi işlәyir. Bu Zaman O Tatyana adlı Qadını sevir. Ancaq Deyә Bilmirki «„Mәn Sәni sevirәm“» Hәm danışa Bilmәdiyindәn hәmdә Qadından qorxduğu üçün. Qadınsa Düşüncәsiz olduğuna görә Tatyananı içki içәn Bir şәxsә verirki Bәlkә Tatyanayla evlәnsә içkini atar. Kişi Tatyanayla evlәnsә dә içkini tәrgitmir birazda çox içir. Gerasimsә tәk qalır. Bir gün Gerasim dәniz kәnarına gedir görür dәnizin qırağında balaca it var. iti götürüb gәtirir. itә yemәk verir, çimizdirir, itin adını MUMU qoyur. Bir gün qadın Bu iti görüb deyir: o iti gәtirin yanıma. iti gәtirirlәr. qadının әvvәl itdәn xoşu gәlir. Sonra it qadını görәn kimi hürmәyә başlayır. Sonra qadın deyir: rәdd edin bu iti burdan. iti aparıb başqa bir şәxsә satırlar. Sonra Gerasim gәlib görür ki it yoxdur. Gerasim Hamıya deyir: MUMU Adamlar Gerasimi başa düşmürlәr. Gerasim bütün gecәni yatmır. Sonra birdә görür MUMU Burdadır. Gerasim çox Sevinir. Sonra Gerasim görür ki Bunlar iti öldürmәk istәyir. Ona görә iti dә götürüb gedir dәniz kәnarına. iti dәniz kәnarına qoyub gedir öz doğma kәndinә. Nağılın sonu bax belә bitir.
При покупке вы будете перенаправлены на сайт партнера ЛитРес. Все транзакции защищены и безопасны.
У этой аудиокниги есть текстовая версия
Mumu
"Hekayənin baş qəhrəmanı Gerasim ürəyitəmiz, işləməkdən yorulmayan, cüssəli bədəninə baxmayaraq, kövrək qəlbli bir insandır. Ətrafındakı adamların yalanları, riyakarlığı onu həyatdan soyudub, heç kəslə yola gedə bilmir. Amma içindəki işıq həyatının tamamilə qaralmasına imkan vermir. Üzləşdiyi xoş bir hadisə nəticəsində sanki yenidən doğulur. Belə ki, günlərin bir günü suda boğulan bir iti – Mumunu xilas edir. Mumu onun ən sadiq dostuna və sirdaşına çevrilir, beləcə, Gerasimin eybəcərliklərdən, günahlardan qoruyub saxladığı dünyasında yenidən günəş doğur. Bu hekayədə təhkimçilik qanununun insanları kölələşdirməsi, onların hətta öz şəxsi qərarlarını belə verə bilməməsi, ağrısı heç cür səngiməyən yara misalındadır. Gerasim də bu boyunduruqdan əziyyət çəkir. Amma onun yarası daha dərindir, çünki qəlbi korlanmayıb, safdır, bir iti öz canı qədər sevə biləcək ürəyə sahibdir. Ancaq belə sevginin bədəli də ağır olur… Klassik rus ədəbiyyatının ən təsirli hekayələrindən biri, şübhəsiz, Turgenevin misilsiz “Mumu” əsəridir. Həcmcə o qədər böyük olmasa da, Turgenev Rusiyanın böyük bir tarixi dövrünü və onun çatışmazlıqlarını bədii müstəvidə təqdim edir."