Прослушать фрагмент
Бесплатный отрывок аудиокниги
Время прослушивания
Для вашего расписания
Həyat eşqi
- Читает
- Dürdanə Dünyamalıyeva
- Издательство
- AudioKitab
- Возраст
- Без возрастных ограничений
- ISBN
- 978-5-04-890983-6
Onlar axsaya-axsaya çaya tərəf endilər. Qabaqda gedənin ayağı çay qırağına səpələnmiş daşlara dəyib büdrədi və o səndələdi. Hər ikisi bərk yorulmuş və taqətdən düşmüşdülər. Üzlərindəki ifadədən hiss olunurdu ki, uzun müddət çətinliklərlə üzləşmiş, hər cür mərhumiyyətlərə məruz qalmışdılar. Çiyinlərindəki qayış kəmərlə çəkilib asılmış , maral dərisindən olan kisədəki yüklər onlara əziyyət verirdi. İkisinin də tüfəngi var idi. Hər ikisi başlarını aşağı sallayıb belləri bükülmüş halda hərəkət edirdi. – Eh… O gizlətdiyimiz patronlardan ikicəciyi burda olsaydı, yaman olardı – deyə onlardan biri cılız səsi ilə dilləndi. Onun səsi əlini hər şeydən üzmüş adamın səsini xatırladırdı. Daşların üzərindən köpüklənə-köpüklənə axan, sanki südə oxşayan çaya yenicə girmiş yoldaşı ona cavab vermədi. İknci yolçu da çaya girdi.İkisi də ayaqqabılarını çıxarmamışdı.Su buz kimi soyuq idi. Suyun soyuqluğundan ikisinin də ayaqları, ayaq barmaqları keyimişdi. Çayın bəzi yerlərində su dizə qədər qalxırdı və onlar müvazinətlərini saxlaya bilməyib səndələdilər.
При покупке вы будете перенаправлены на сайт партнера ЛитРес. Все транзакции защищены и безопасны.
У этой аудиокниги есть текстовая версия
Həyat eşqi
"“Həyat eşqi” və “Tonqal qalamaq” hekayələri insanın çətin, ağır şəraitdə həyatda qalmasından bəhs edir. Cek London amansız təbiətin qoynunda tək-tənha qalan insanın aclıqla, dondurucu soyuqla mübarizəsini, onun tükürpərdici çarəsizliyini sərt, amma bir o qədər həyati üslubda təsvir edir. Bu kitabda soyuğu, şaxtanı iliyinə qədər hiss edirsən. Həmişə təbiəti ram edən, ondan öz məqsədləri üçün yararlanan bəşər övladına bu dəfə təbiət meydan oxuyur. İnsanı özünə tanıtdırır, əsl xislətini üzə çıxarır. İnsan oxuduqca arzuları, qorxuları ilə üz-üzə qalır, yenidən əbədi sualları özünə verir. Hekayələrdə təsvirlər o qədər real, o qədər inandırıcıdır ki, həmin adsız qəhrəmanlarla empatiya qurmamaq mümkün deyil. Bir çox hallarda həyatı komfortlu, rahat, təhlükəsiz olduğu halda sevən insan bəs, görəsən, həyatın qəddar üzü ilə qarşılaşsa, necə davranar, onu yenə də sevərmi? Cek London bizi bu ağır sualla qarşı-qarşıya qoyur. “Alov həyat demək idi, sönməməli idi”."
Другие книги этого автора
Посмотрите все аудиокниги автора Джек Лондон
Перейти к каталогу автора — Джек Лондон
Настройка времени
Для расчета прослушивания
От 5 до 600 минут