Обложка аудиокниги «Hacı Murad»

Прослушать фрагмент

Бесплатный отрывок аудиокниги

Время прослушивания

Для вашего расписания

2 ч. 20 мин.
Лев Толстой

Hacı Murad

Читает
Elçin Hacı
Издательство
AudioKitab
0+
Возраст
Без возрастных ограничений
ISBN
978-5-04-891142-6

""Hacı Murad"" – Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa romandır. İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir. Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi. Məktublarında da bunu qeyd edirdi. Roman üzərində işləyərkən isə bir qədər özünü canlı hiss etdiyini vurğulayırdı və sadəcə onu tamamlamaq haqqında düşünürdü, nəşr etdirmək fikri isə yox idi. Tolstoyun romanı 19-cu əsrin ortalarında Qafqazı əhatə edir. İmperiyanın işğalı zamanında Çeçen və Rus militantları arasında qarşıdurmalar baş verir. Rus qüvvələrinin ən böyük məqsədi o idir ki, imperiyalarının ərazisini böyütsünlər. Hacı Murad haqqında yazdığı romanda Tolstoy əsgərlikdə olan vaxtında gördüklərini təsvir edir, hətta 1851-ci ildə qardaşına yazdığı məktubda deyirdi: «„Əgər xəbərlərlə lovğalanmaq istəyirsənsə, o zaman bil ki, Hacı Murad bir neçə gün öncə Rusiya Hökumətinə təslim oldu. Onda əsl şeytan cəsarəti var və o, bütün çeçenlərin qəhrəmanıdır, lakin pis əməlləri eləməyə məcbur edilmişdir.“» Romanın hadisələrin baş verməsindən təxminən əlli il sonra yazılmasına baxmayaraq, Tolstoy Rusiya sivilizasiyasnını həmin dönəmlərini təsvir edir və tənəzzülə uğrayan bürokratiya ilə sağlam bir dağlının həyatını göstərir.

216.60 ₽ MP3, M4B
Купить и скачать на ЛитРес
  • Лицензионно
  • Безопасная оплата
  • Мгновенный доступ

При покупке вы будете перенаправлены на сайт партнера ЛитРес. Все транзакции защищены и безопасны.

У этой аудиокниги есть текстовая версия

Hacı Murad

Hacı Murad

Издательство: Altun Kitab Форматы: FB2.ZIP,FB3,EPUB,IOS.EPUB,TXT.ZIP,RTF.ZIP,A4.PDF,A6.PDF,MOBI.PRC,TXT

Bu əsərdə imam Şamilin başçılığı ilə Rusiya imperiyasına qarşı vuruşan üsyançılardan bəhs edilir. Əsərin əsas qəhrəmanı olan Hacı Murad işğalçılara qarşı mərdliklə mübarizə aparan avar sərkərdələrindən birinin portretidir.

Другие книги этого автора

Посмотрите все аудиокниги автора Лев Толстой

Перейти к каталогу автора — Лев Толстой