Время прослушивания
Для вашего расписания
Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
При покупке вы будете перенаправлены на сайт партнера ЛитРес. Все транзакции защищены и безопасны.
У этой аудиокниги есть текстовая версия
Etiraf
"“Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarıb tapmaq acınacaqlıdır: bu bizim milli psixologiyamıza xas bir xüsusiyyətdir…” Hovanes Kacaznuni Ermənistanın ilk baş naziri H. Kacaznuninin adı çağdaş Ermənistanda, demək olar ki, unudulub, ya da qəsdən unudulmağa məhkum edilib. Onun məruzəsindən ibarət olan bu kitab isə nəinki Ermənistanda yox edilərək müasir nəsillərdən gizlədilib, eləcə də dünyanın önəmli kitabxanalarından yığışdırılıb. Belə bir kiçik kitabın ermənilərdə bu qədər hiddət doğurmasının səbəbi Kacaznuninin başqa erməni müəlliflərdə nadir görünən özünütənqid, hadisələri nisbətən obyektiv şəkildə təsvir və dərk etmək istəyi, bir də gəldiyi nəticələrdir. Kitabda ən yeni tarixi dövrdə ermənilərin ambisiyaları, bunları gerçəkləşdirmək üçün əl atdıqları metodların yararsızlığı, qonşu xalqlarla düzgün münasibət qura bilməmələri, ən əsası da, dövlət qurmaq və onu idarə etmək qabiliyyətlərinin olmaması açıq şəkildə dilə gətirilərək qismən tənqid edilir. Bu məruzəni eyni zamanda ibrətamiz etiraflar kitabı kimi də saymaq olar."